"Barselona"nın futbolçusu mövsümü başa vurdu

11:30 - 12 Fevral 2017

“Barselona”nın müdafiəçisi Aleş Vidal La Liqanın 22-ci turunda “Alaves”lə oyunda ciddi zədə alıb.

 

Sportal.az xəbər verir ki, 85-ci dəqiqədə rəqiblə mübarizə zamanı onun ayaq biləyi qırılıb. 27 yaşlı futbolçu aldığı ciddi zədə səbəbindən 5 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Mövsümü başa vuran Vidal tezliklə əməliyyat olunacaq.

Xəbər xətti