Azərbaycanlı futbolçu matç zamanı huşunu itirdi FOTOLAR

13:45 - 12 Fevral 2017

Azərbaycan Birinci Divizionunun 15-ci turunun “Şәmkir” – “Şahdağ”oyununda xoşagəlməz hadisə baş verib.
 
Sportal.az xəbər verir ki, qonaq komandanın futbolçusu Sərxan Ağayev 60-cı dәqiqәdә rәqib oyunçu ilə toqquşub. Nəticədə futbolçu huşunu itirib.
 
Dərhal meydançaya daxil olan həkimlər futbolçuya ilkin yardım göstəriblər, daha sonra onu xәstәxanaya aparıblar. Hazırda Sərxan Ağayevin vəziyyətinin normal olduğu bildirilir. 

 

Xəbər xətti