"Kəpəz"in zədəlilərindən son xəbər

13:59 - 12 Fevral 2017

Azərbaycan Premyer Liqasının 18-ci turunda Gəncə şəhər stadionunda “Qarabağ” ilə qarşılaşacaq “Kəpəz” rəqib önünə itki ilə çıxacaq.

 

Sportal.az xəbər verir ki, “Zirə”yə qarşı oyunda qırmızı vərəqə alaraq cəzalı duruma düşən Renan Da Silvanın cəza müddəti bitmədiyindən braziliyalı bu matçı da buraxacaq.

 

“Sarı-göylər”in zədəliləri Tural Axundov ilə Şəhriyar Əliyevin zədəsi isə sağalıb və onlar komanda ilə birlikdə Gəncəyə gəliblər.

 

Qeyd edək ki, "Kəpəz" - "Qarabağ" oyunu bu gün saat 14:30-da start götürəcək.

Xəbər xətti