Qurban Qurbanov: "Futbolçular belə bir meydanda xarakter göstərdilər"

16:52 - 12 Fevral 2017

Premyer Liqanın 18-ci turunda "Qarabağ" səfərdə "Kəpəz"i 1:0 hesabıyla məğlub edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

 

"Azarkeşlər üçün maraqlı oyun oldu. Futbolçular belə bir meydanda xarakter göstərdilər. Qələbə üçün nə lazımıydısa, komandam bəlkə artığını etdi. Azarkeşlərimizə təşəkkür edirəm, bu gün də stadiondaydılar. "Kəpəz" azarkeşlərinə də təşəkkür edirəm, məni və komandamı yaxşı qarşıladılar. Şahin Diniyev və "Kəpəz"ə qarşıdakı oyunlarda uğurlar arzulayıram".

Xəbər xətti