Kamranla Emin ehtiyatda qaldı

23:51 - 12 Fevral 2017

Bu gün Portuqaliya Premyer Liqasında XXII turun növbəti oyunları keçiriləcək.

 

Sportal.az xəbər verir ki, millimizin üzvləri Kamran Ağayevlə Emin Mahmudovun komandası “Boavişta” doğma azarkeşləri önünə çıxacaq. Portu təmsilçisi öz meydanında “Braqa”nı qəbul edəcək.

 

Bakı vaxtı ilə saat 00:15-də start götürəcək oyunun start heyəti də bəlli olub. “Benfika” ilə oyundan sonra Ağayevə verilən 3 oyunluq cəza müddəti başa çatsa da, qapıçımız ehtiyat oyunçular stamiyasında yer alıb. "Boavişta"nın qapısını yeni transfer Vaqner qoruyacaq. Kamranla yanaşı, Emin Mahmudov da ehtiyat oyuçular skamiyasında şansını gözləyəcək. 

 

Qeyd edək ki, 20 oyundan 25 xalı olan “Boavişta” 12-ci, onun bugünkü rəqibi “Braqa” isə 37 xalla 4-cü yeri tutur.

Xəbər xətti