Bonilya qırmızı vərəqə aldırdı, Leroy Corcdan fantastik qol VİDEO

10:30 - 13 Fevral 2017

Türkiyə I Liqasının XX turunda baş tutan "Adana Dəmirspor" - "Qaziantep BB" matçında  (4-1) fantastik qol qeydə alınıb. 

 

Sportal.az xəbər verir ki, meydan sahiblərinin yeni transferi Leroy Corc matçın 76-cı dəqiqəsində mərkəz xətti yaxınlığından möhtəşəm qol vurub. 

 

"Zirə"nin sabiq futbolçusu və "Nasiona"ldan "Qaziantep"ə icarəyə verilən Nelson Bonilya 56-cı dəqiqədə rəqib qapıçı ilə mübarizədə komandasına penalti qazandırıb. Meydan sahiblərinin qolkiperi Əmrullah Salk salvadorlu futbolçuya qarşı kobud oyununa görə qırmızı vərəqə alaraq meydandan qovulub.

 

Qeyd edək ki, "Qarabağ"ın sabiq futbolçusu olan Leroy Corc isə qış transfer dönəmində "Göztəpə"dən "Adana Dəmirspor"a keçmişdi.

 

Xəbər xətti