Qvardioladan Aquero açıqlaması: "Gələcək taleyi qaranlıqdı"

11:57 - 13 Fevral 2017

"Mançester Siti"nin baş məqşçisi Pep Qvardiola komandanın hücumçusu Serxio Aquero haqda danışıb.

 

Sportal.az xəbər verir ki, son oyunlarda ehtiyatda qalan hücumçunun yayda "şəhərlilər"i tərk edəcəyi gözlənilir. Təcrübəli mütəxəssis isə açıqlamasında argentinalı futbolçunun komandada qalamsının tərəfdarı olduğunu söyləyib:

 

"Serxio Aqueronun komandamızda qalıb-qalmayacağını bilmirəm. Son qərarı özü verəcək. Mən onun komandamızda qalmasını istəyirəm, bizim üçün çox vacib futbolçudu. Lakin hazırda fikirləri çox qarışıqdır, ona görə də gələcək taleyi qaranlıq olaraq qalır".

 

Qeyd edək ki, 28 yaşlı forvard 2011-ci ildən "Mançester Siti"də çıxış edir.

Xəbər xətti