Azarkeşlər arasında kütləvi dava: 1 ölü, 7 yaralı

12:56 - 13 Fevral 2017

Braziliyada futbol azarkeşləri arasında kütləvi dava-dalaş yaşanıb.

 

Sportal.az xəbər verir ki, hadisə “Batofoqo” - “Flamenqo” oyunundan əvvəl baş verib. Dava-dalaş nəticəsində 1 nəfər ölüb, 7 nəfər isə müxtəlif xəsarətlər alıb. Polis vəziyyəti nizamlamaq üçün gözyaşardıcı qazdan istifadə edib. Olayda təxminən 500-ə yaxın azarkeşin iştirak etdiyi bildirilir.

 

Qeyd edək ki, “Botafoqo” – “Flamenqo” matçı qonaqların 2:1 hesablı qələbəsi ilə nəticələnib.

Xəbər xətti