Ramil Şeydayevin transfer qiyməti məlum oldu: 3 milyon avro

18:41 - 13 Fevral 2017

"Trabzonspor"un milli komandamızın üzvü Ramil Şeydayevi Slovakiyanın "Jilina" klubuna icarəyə verməsi barədə məlumatı diqqətinizə çatdırmışdıq.

 

Sportal.az xəbər verir ki, 20 yaşlı hücumçu icarə əsasında 2018-ci ilin yayına qədər Slovakiya təmsilçisinin şərəfini qoruyacaq. Qara Dəniz təmsilçisi millimizin forvardının transfer qiymətini də açıqlayıb. Belə ki, əgər "Jilina" Şeydayevi birdəfəlik transfer etmək istəsə "Trabzonspor"a 3 milyon avro ödəməli olacaq.

 

Əgər başqa bir klub Ramili transfer edərsə bu məbləğin 10%-i Slovakiya klubunun payına düşəcək. Gənc forvardın "Jilina"dakı aylıq maaşının 10 min avrosunu da "Trabzonspor" ödəyəcək.

Xəbər xətti