"Fulhem" və PSV-nin sabiq futbolçusu Azərbaycanda çıxış edə bilərmiş

11:04 - 14 Fevral 2017

Bolqarıstan millisinin sabiq üzvü Stanislav Manalov karyerasını Azərbaycanda davam etdirə bilərmiş.

 

Sportal.az xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yazııb. Yayılan məlumata görə, adı açıqlanmayan Azərbaycan klublarından biri təcrübəli müdafiçinin Antalyadakı təlim-məşq toplanışı zamanı baxışa çağırmaq istəyib. Ancaq futbolçunun zədələnməsi buna mane olub.

 

Qeyd edək ki, hazırda Sofiya ÇSKA-sında çıxış edən 31 yaşlı futbolçu vaxtı ilə Rusiyanın "Kuban", Moskvanın "Dinamo", İngiltərənin "Fulhem", Hollandiyanın PSV kimi klublarında çıxış edib.

Xəbər xətti