"Sumqayıt"ın futbolçusu: "Bəxtimiz gətirmədi ki, xal qazanaq"

12:12 - 14 Fevral 2017

Azərbaycan Premyer Liqasının 18-ci turunda “Sumqayıt” səfərdə “Neftçi”i ilə qarşılaşıb və oyundan 0:1 hesablı məğlubiyyətlə ayrılıb.


Matçdan sonra “Sumqayıt”ın müdafiəçisi Kamran Abdullazadə Sportal.az saytına açıqlama verib.

 

"Qarlı hava tam gücümüzlə oynamağımıza imkan vermirdi. Sürətli hücumlar təşkil etməkdə çətinlik çəkirdik. Xüsusilə, hücumlar zamanı daha çətin olurdu. Bu səbəbdən son nöqtəni qoya bilmirdik. Belə şəraitdə topla hərəkət etmək də çətin idi. Amma komanda sona qədər vuruşdu. Sadəcə, bəxtimiz gətirmədi ki, xal qazanaq. Fikrimcə, yaxşı oynadıq, amma son dəqiqələrdə qol buraxdıq. Əlimizə düşən imkanlardan lazımınca yararlana bilmədik. Çalışacağıq ki, növbəti oyunlara daha yaxşı hazırlaşıb xallar qazanaq".

 

Abdullazadə avrokuboklara vəsiqə qazanmaq istədiklərini söyləyib: "Çalışacağıq ki, daha yaxşı nəticələr göstərək. Komandamız əzmkar oynayır. Hər oyundan ən azı bir xalla dönmək istəyirik. İstəyirik ki, sona qədər mübarizə aparıb, nəticələrimizi yaxşılaşdıraq və avrokuboklara vəsiqə qazanaq".

Xəbər xətti