Premyer Liqanın 18-ci turunu neçə azarkeş izlədi?

12:34 - 14 Fevral 2017

Azərbaycan Premyer Liqasının 18-ci turu üçün azarkeş sayı bəlli olub.

 

Soprtal.az xəbər verir ki, turun rekordu Gəncədə qeydə alınıb. Gəncə şəhər stadionunda baş tutmuş “Kəpəz” - “Qarabağ” qarşılaşmasına (0:1) “sarı-göylər”in əvvəlki ev oyunlarıyla müqayisədə xeyli az sayda azarkeş gəlsə də (2000 tamaşaçı), bu, turda ən yüksək nəticəyə mane olmayıb.

 

Ən az azarkeş isə Şüvəlanda qeydə alınıb. “AZAL Arena”da keçirilmiş AZAL - “İnter” qarşılaşmasını (0:1) cəmi 500 azarkeş izləyib.

 

Turun digər oyunlarından 8-ci km stadionunda keçirilmiş “Neftçi” - “Sumqayıt” matçında (1:0) 1800, Zirə idman kompleksində baş tutmuş “Zirə” - “Qəbələ” qarşılaşmasında (2:2) isə 1100 azarkeş qeydə alınıb.

 

Ümumilikdə, turun 4 oyununu 5400 azarkeş izləyib ki, bu da, orta hesabla hər oyuna 1350 tamaşaçı deməkdi.

Xəbər xətti