"Qəbələ" - "Qarabağ" matçının başlama saatı açıqlandı

13:41 - 14 Fevral 2017

Azərbaycan Premyer Liqasının XIX turunda keçiriləcək “Qəbələ” – “Qarabağ” oyununun başlama saatı bəlli olub.

 

Sportal.az xəbər verir ki, fevralın 19-u keçiriləcək qarşılaşma saat 17:30-da start götürəcək. Bu haqda Ağdam klubunun rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, hazırda “Qarabağ” 42 xalla turnir cədvəlində birincə, “Qəbələ” isə 39 xalla ikinci yeri tutur. Hər iki komanda 18 oyun keçirib.

Xəbər xətti