"Qarabağ", "Plastik" və 350

14:29 - 14 Fevral 2017

Azərbaycan Premyer Liqasının 18-ci turunun “Kəpəz”lə oyunu “Qarabağ” üçün yubileylə əlamətdar olub.

 

Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, Ağdam klubu ölkə çempionatlarında 350-ci səfər matçına çıxıb. 1:0 hesabı ilə qələbə qazanan Qurban Qurbanovun yetirmələri yubileyi 3 xalla qeyd edib.

 

Ümumilikdə 711 matç keçirən “Qarabağ” rəqib meydanlarındakı 350 çempionat matçında hesabına 541 xal toplayıb. Əyalət klubu səfər matçlarının sayında yalnız “Neftçi”dən geri qalır. Paytaxt klubu rəqib meydanında 351 matç keçirib.

 

“Qarabağ” ilk səfər oyununa 1992-ci il mayın 9-da çıxıb. Salyanda “Plastik”lə görüşən ağdamlılar 2:0 hesabı ilə qələbə qazanıb.

Xəbər xətti