Ramil Şeydayev "Jilina"da ilk seçimini etdi

10:22 - 15 Fevral 2017

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin yeni transfer olunduğu "Jilina" klubunda geyinəcəyi forma nömrəsi bəlli olub. 

 

Sportal.az xəbər verir ki, 21 yaşlı hücumçu Slovakiya klubunun heyətində 90 nömrəli forma altında mübarizə aparacaq.

 

Qeyd edək ki, Türkiyənin "Trabzonspor" klubuna məxsus hücumçu 1,5 il icarə əsasında "Jilina"nın uğurları üçün çalışacaq.

Xəbər xətti