AFFA-nın hesabat konfransının vaxtı açıqlandı

13:51 - 15 Fevral 2017

Martın 16-da, saat 10:00-da AFFA-nın növbəti hesabat konfransı, konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası keçiriləcək.

 

Sportal.az xəbər verir ki, AFFA-nın nizamnaməsinin 29-cu maddəsinə əsasən, konfransın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

 

- Prezident tərəfindən salamlama
- Yığıncağın tərkibinin yoxlanılması
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
- Maliyyə hesabatının təsdiq olunması
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
- Növbəti ilin büdcəsinin təsdiq olunması
- Hər hansı vakant vəzifəyə seçkilər
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması
- Digər məsələlər

 

Konfransda İcraiyyə Komitəsində mövcud olan 1 vakant yerə seçki keçiriləcək.

Xəbər xətti