Türkiyə Avropa çempionatına ev sahibliyi etmək istəyir

14:14 - 15 Fevral 2017

Türkiyə 2024-cü ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini verib.

 

Sportal.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən yerli mətbuata açıqlamasında danışıb. O, Türkiyədə qitə birinciliyinin final mərhələsini qəbul etmək üçün hər cür şəraitin olduğunu deyib:

 

“Avropada stadion baxımından bir nömrəyik. Beynəlxalq futbol ictimaiyyəti arasında Türkiyənin yerinin əvvəlkindən daha önəmli olduğunu bilirik. Türkiyə istənilən yarışı təşkil edəcək gücdədi. Ölkədə nəqliyyat cəhətdən də heç bir problem yoxdu”.

 

Dəmirörən sonda Türkiyənin qitə birinciliyini qəbul etmək üçün bir və ya iki ölkəylə mübarizə aparmalı olacağını deyib.

Xəbər xətti