Kostanın "Çelsi"dəki taleyinə aydınlıq gəldi

17:56 - 15 Fevral 2017

İspaniya millisinin üzvü Dieqo Kostanın "Çelsi"dəki gələcək taleyi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, ulduz futbolçiu London klubunda qalmağa qərar verib. "Sky Sports"un məlumatına görə, adı Çin klubları ilə hallanan futbolçu "Çelsi"nin yeni müqavilə şərtlərini qəbul edib.

 

Anlaşmaya əsasən, Kosta “Çelsi” ilə yeni 5 illik müqavilə imzalayacaq və bu müddətdə mükafatlarla birlikdə qazancı 65 milyon funt-sterlinq təşkil edəcək. O, bu müqavilə ilə İngiltərədə ən çox qazanan 5-ci futbolçu olacaq.

 

Qeyd edək ki, 2014-cü ildən "Çelsi"də çıxış edən futbolçu bir müddət öncə Çin klubları ilə danışıqlar apardığı üçün baş məşqçi Antonio Konte tərəfindən əsas heyətdən uzaqlaşdırılmışdı.

Xəbər xətti