"Sivasspor"un sabiq futbolçusu AZAL-da

Paytaxtın AZAL klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, söhbət Mərakeş millisinin sabiq üzvü Mehdi Taoulidən gedir. Bu barədə məlumatı "təyyarəçilər"in mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov verib. O bildirib ki,  33 yaşlı futbolçu gecə saatlarında Bakıya gələcək və sabah AZAL-la mövsümün sonuna qədər müqavilə imzalayacaq. 

 

Qeyd edək ki, hücumameyilli yarımmüdafiəçinin son klubu Türkiyə "Sivasspor"u olub. O, karyerası ərzində "Nansi" və "Monpelye" kimi tanınmış klublarda çıxış edib. 

Tarix: 16 Fevral [00:27]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Noyabr 2017
22  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio