Rəşad Sadıqovun komandası "Qəbələ"ni məğlub etdi

00:40 - 16 Fevral 2017

“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçirib.

 

Sportal.az xəbər verir ki, AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarda çıxış edən klubun təmsilçilərindən U-19 və U-17 çempionatda növbəti sınağına çıxıb. Sonuncular qalib gəlibsə, U-19 səfərdəki 2 matçdan xalsız dönüb.

 

U-19 öncə səfərdə “Neftçi” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:1. Bu gün isə ötən mövsüm bu yaş qrupunda çempion olan “qırmızı-qaralar” cari birinciliyin lideri Rəşad Sadıqovun çalışdırdığı “Qarabağ”la görüşüb. Komanda səfər oyununda 1:2 hesabı ilə məğlub olub. 20 oyundan sonra hesabında 44 xal olan “qırmızı-qaralar” 3-cü pillədə qərarlaşıb.

 

U-17 isə “Zirə”nin qonağı olub. Komanda 3 cavabsız qolla böyükhesablı qələbə qazanıb. 16 matçda 41 xal toplayan “Qəbələ” bu qələbə ilə 1-ci pilləyə yüksəlib.

Xəbər xətti