Budaq Nəsirovsuz "Sportinq" məğlub oldu

00:54 - 16 Fevral 2017

Portuqaliya Sequndasında 27-ci tura start verilib.

 

Sportal.az xəbər verir ki, Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası növbəti oyununu keçirib. Lissabon təmsilçisi evdə “Varzim”lə qarşılaşıb. Zədəli olan Budaqın iştirak ərizəsinə salınmadığı qarşılaşma qonaqların 2:1 hesablı qələbəsiylə nəticələnib.

 

27 turdan sonra hesabında 27 xal olan “Sportinq B” 22 komanda arasında 21-ci pillədə qərarlaşıb.

Xəbər xətti