Riçard Almeyda: "Bu səbəbdən bütün rəqiblərə eyni gözlə baxırıq"

15:42 - 16 Fevral 2017

"Qarabağ"ın futbolçusu Riçard Almeyda Azərbaycan Premyer Liqasının 19-cu turunda "Qəbələ" ilə keçiriləcək oyun haqda fikirlərini bildirib.

 

Sportal.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi səfər matçına ciddi hazırlaşdıqlarını deyib:

 

"Başqa rəqiblərə qarşı necə hazırlaşırıqsa, “Qəbələ”yə qarşı da eyni ciddiyyətlə, eyni peşəkarlıqla hazırlaşırıq. Çünki baş məşqçimizin bizdən tələbi odur ki, heç bir rəqib arasında fərq qoymayaq. Bu səbəbdən bütün rəqiblərə eyni gözlə baxırıq və eyni ciddiyyətlə hazırlaşırıq". 

 

Qeyd edək ki, "Qəbələ" - "Qarabağ" matçı fevralın 19-da keçiriləcək.

Xəbər xətti