Lünberq: "Tottenhem" Avroliqanın favoritidi"

17:03 - 16 Fevral 2017

"Arsenal"ın sabiq futbolçusu Freddi Lünberq "topçular"ın əzəli rəqibi olan "Tottenhem"in Avropa Liqasındakı şanslarını dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, isveçli veteran futbolçu London təmsilçisinin Avroliqanın favoritlərindən olduğunu bildirib. Lümberq "Tottenhem"in hazırkı formasını davam etdirəcəyi təqdirdə turnirin qalibi olacaqlarına inandığını deyib:

 

"Çox yaxşı komandaları var. Bütün oyunçular bir-biriləri üçün çalışır. Mən "Arsenal" azarkeşiyəm. Mənim üçün "Tottenhem"in favorit olduğunu demək çətindi. Amma onların favorit olduğu həqiqətdi. Yaxşı çalışırlar. Belə davam etsələr Avroliqanın finalına kimi irəliləyəcəklər"

Xəbər xətti