"Şəmkir" baş məşqçisini istefaya göndərdi

00:03 - 17 Fevral 2017

I Dİvizionda mübarizə aparan “Şəmkir” baş məşqçisini istefaya göndərib.

 

Sportal.az xəbər verir ki, bu barədə klubdan açıqlama verilib. Birinci divizionun XV turunda “Rəvan”la qarşılaşan qərblilər 1:2 hesablı məğlubiyyətə üzülüblər. Bu nəticə klub rəhbərliyinin narazılığı ilə qarşılanıb və Qəhrəman Əliyevlə yollar ayrılıb.

 

Onu müvəqqəti olaraq köməkçisi işləmiş Mehman Yunusov əvəzləyəcək. 

Xəbər xətti