"Turan Tovuz" "Zaqatala"nı məğlub etdi VİDEO

12:50 - 17 Fevral 2017

I Divizionda 16-cı turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, lider "Turan Tovuz" doğma meydanda ən yaxın izləyicisi "Zaqatala"nı qəbul edib. Qarşılaşma qərb bölgəsi təmsilçisinin 2 - 1 hesablı qələbəsiylə başa çatıb.

 

Bu nəticədən sonra xallarını 36-ya yüksəldən "Turan Tovuz" liderliyini möhkəmləndirib. Aktivində 31 xal olan "Zaqatala" isə ikinci pillədəki mövqeyini qoruyub.

 

“Turan Tovuz” 2–1 “Zaqatala”
QOLLAR:
Rəhman Musayev, 14 (p.); İlkin Sadıqov, 88 - Emin Mehtiyev, 56

 

Xəbər xətti