İngiltərə Futbol Assosiasiyası "Mançester Siti"ni cərimələyib.
Sportal.az xəbər verir ki, qurum "şəhərlilər"ə 35 min funt-sterlinq məbləğində cərimə kəsib. Buna komandanın antidopinq qaydalarını pozması səbəb olub.
Belə ki, “şəhərlilər”ə xəbərdarlıq da edilib. Komanda yenə də qayda pozuntusuna yol verərsə, daha sərt cəza ilə üzləşəcək.