Sabiq "Arsenal"lı Braziliya klubunda

17:47 - 17 Fevral 2017

Xorvatiya millisinin sabiq hücumçusu və son olaraq Donetsk "Şaxtyorun"da çıxış edən Eduardo Da Silva özünə yeni klub tapıb.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı hücumçu karyerasını Braziliyada davam etdirəcək. Təcrübəli futbolçu “Atletiko Paranaense” ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

 

Qeyd edək ki, 2004-2014-cü illər aralığında Xorvatiya millisində çıxış etmiş Eduardo karyerası ərzində “Dinamo” (Zaqreb), “Şaxtyor”, “Arsenal” və "Flamenqo" kimi klubların şərəfini qoruyub.

Xəbər xətti