"Karabükspor" İqor Tüdara əvəzləyici tapdı

18:21 - 17 Fevral 2017

Türkiyənin "Karabükspor" klubunun yeni baş məşqçisinin adı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, Karabük təmsilçisi baş məşqçi postuna avstriyalı Zoran Barişiçi gətirib. 46 yaşlı müttəxəsislə 1,5 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, "Karabükspor"un baş məşqçisi İqor Tüdor "Qalatasaray"ın "sükanı arxasına" keçib.

 

Əlavə edək ki, aktivində 27 xalı olan "Karabükspor" Super Liqanın turnir cədvəlində 10-cudur.

Xəbər xətti