UEFA Türkiyə klubunu avrokuboklardan uzaqlaşdırdı

19:00 - 17 Fevral 2017

UEFA Türkiyənin "Karabükspor” klubuna qarşı sərt cəza tətbiq edib.

 

Sportal.az xəbər verir ki, qitənin ali futbol qurumu qardaş ölkə təmsilçisini 2 illiyinə avrokuboklardan uzaqlaşdırıb.

 

Buna isə Karabük təmsilçisinin Maliyyə Feyr-Pleyinə əməl etməməsi səbəb olub. Klub cari və 2017-18 mövsümlərində avrokuboklara vəsiqə qazansa, cəza qüvvəyə minəcək.

 

Qeyd edək ki, "Qəbələ"nin sabiq futbolçusu Ermin Zets də hazırda "Karabüspor"un uğurları üçün çalışır.

 

Onu da xatırladaq ki, Türkiyə təmsilçisi 10 gün ərzində İdman Arbitraj Məhkəməsinə müraciət edə bilər.

 

Aktivində 27 xalı olan "Karabükspor" Super Liqanın turnir cədvəlində 10-cudur.

Xəbər xətti