Messidən Qvardiolaya sürpriz təklif

19:48 - 17 Fevral 2017

İngiltərənin "The Sun" qəzeti "Barselona"nın futbolçusu Lionel Messi ilə bağlı yeni iddia ortaya qoyub. 

 

Sportal.az xəbər verir ki, Argentina millisinin üzvü komandanın sabiq baş məşqçisi, hazırda "Mançester Siti"ni çalışdıran Pep Qvardiolaya zəng edib. O, ispan mütəxəssisdən yenidən "Barselona"ya qayıtmasını xahiş edib. Messi Katoloniya təmsilçisinin bütün futbolçularının adından danışaraq, hər bir futbolçunun onu yenidən "Barselona"da görmək istdiyini vurğulayıb. 

 

Qeyd edək ki, "Barselona"nın mövsümün sonunda baş məşqi Luis Enrike ilə yollarını ayıracağı gözlənilir.

Xəbər xətti