"Kəpəz" "Neftçi" ilə matça hazırdı

00:15 - 18 Fevral 2017

Azərbaycan Premyer Liqasının XIX turunda “Neftçi”nin qonağı olacaq “Kəpəz” bu gün keçirdiyi son məşqlə qarşıdakı matçın hazırlığını başa vurub.

 

Sportal.az xəbər verir ki, “sarı-göylər”in oyun öncəsi son məşqinin görüşə ev sahibliyi edəcək “Bakcell Arena”da keçirilməsi nəzərdə tutulsa da, məlum hava şəraiti buna mane olub. Belə ki, ölkənin hər yerinə yağan qardan sonra meydan “ağ örpəyə” bürünüb. Arenanın oyuna hazır vəziyyətə gətirilməsi üçün günboyu meydança qardan təmizləndiyindən komanda “Neftçi”nin İsmət Qayıbov adına təlim-məşq bazasının qapalı manejində məşq keçib.

 

Qeyd edək ki, “Kəpəz”in heyətində itki yoxdur. Gəncə klubunun əvvəlki iki turu buraxan futbolçusu Renan Da Silvanın cəza dövrü başa çatdığından müdafiəçi sabahkı oyunda komandaya kömək edə biləcək. 

Xəbər xətti