"Bursaspor"un baş məşqçisi Dəniz Yılmaz haqda: "Hər kəs bu formanın dəyərini bilməlidir"

00:00 - 18 Fevral 2017

Xəbər verdiymiz kimi, millimizin üzvü Dəniz Yılmaz Türkiyə Superliqasının XXI turu çərçivəsində baş tutan "Kayserispor" - "Bursaspor" (2-0) matçının 19-cu dəqiqəsində rəqib futbolçuya qarşı kobud oynadığı üçün birbaşa qırmızı vərəqə ilə cəzalanıb.

 

Sportal.az xəbər verir ki, "Bursaspor"un baş məşqçisi Mutlu Topçu milli üzvümüzün aldığı qırmızı vərəqə haqda danışıb: 

 

"Ötən həftə "Fənərbaxça" ilə oyunda olduğu kimi, bu gün də azlıqda oynadıq. Təbii ki, azlıqda qalmaq asan deyil. Rəqibimizi qələbə münasibəti  ilə təbrik edirəm. Bizim edəcəyimiz çox iş var. "Bursaspor"un forması çox dəyərlidir. Özümüzü toparlamalıyıq. Mən daxil olmaqla, hər kəs bu formanın dəyərini bilməlidir. Əlbəttə, keçən həftə aldığımız qırmızı vərəqə düzgün deyildi. Ancaq Dənizin bu gün etdiyi hərəkət düzgün deyildi, həqiqətən qırmızı vərəqəlik epizod idi. "Kayserispor"un ikinci qolunun qırmızı vərəqə olduğu deyilsə də, biz ona yox, öz oyunumuza baxmalıyıq".

 

Qeyd edək ki, Dəniz Yılmaz bu mövsüm "Bursaspor"un heyətində 2 qol vurub.

Xəbər xətti