Nazarov komandasını xilas etdi

00:44 - 18 Fevral 2017

Almaniya 2-ci Bundesliqasında 21-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” səfərdə Braunşveyq “Ayntraxt”ıyla qarşılaşıb. Qarşılaşma 1 - 1 hrsablı bərabərliklə başa çatıb.

 

Nazarov oyuna fasilədən dərhal sonra daxil olub. Millimizin üzvü meydana çıxarkən hesab 1:0 meydan sahiblərinin xeyrinə olub. Ancaq yığmamızın üzvü komandasını məğlubiyyətdən xilas edə bilib. O, qarşılaşmanın 57-ci dəqiqəsində rəqib qapıya təyin edilmiş penaltini dəqiq yerinə yetirib.

 

Qeyd edək ki, 21 oyundan sonra hesabında 18 xal olan “Aue” 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.

Xəbər xətti