Məşhur futbolçu aşağı liqa klubunda

12:34 - 18 Fevral 2017

Mali millisinin üzvü Məhəmməd Sissokonun yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Sissoko yenidən İtaliyaya üz tutub. 32 yaşlı yarımmüdafiəçi B seriyasında mübarizə aparan "Ternana" ilə anlaşıb. Tərəflər arasında mövsümün sonuna qədər sözləşmə imzalanıb.

 

Qeyd edək ki, son olaraq Hindistanın "Pune Siti" komandasında çıxış edən Sissoko PSJ, "Valensiya", "Liverpul" və "Yuventus" kimi klubların da formasını geyinib.

Xəbər xətti