Məşhur hücumçu Braziliya klubunda

14:33 - 18 Fevral 2017

Braziliya millisinin sabiq üzvü Luis Fabianonun yeni iş yeri bəlli olub.

 

Sportal.az xəbər verir ki, braziliyalı karyerasını vətənində davam etdirəcək. O, ölkəsinin "Vasko da Qama" klubu ilə sözləşmə imzalayıb. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. 

 

Forvardın son iş yeri Çinin "Tianjin Quanjian" klubu olub.

 

Qeyd edək ki, 36 yaşlı hücumçu 2005-2011-ci illər ərzində "Sevilya"nın formasını geyinib və klubun heyətində iki dəfə UEFA kubokunu başı üzərinə qaldırıb.

Xəbər xətti