Azərbaycanlı futbolçu baş məşqçisi erməni olan klubda

16:16 - 18 Fevral 2017

Azərbaycan əsilli futbolçu Ayaz Quliyev Rusiya Premyer Liqasında çıxış edəcək.

 

Sportal.az xəbər verir ki, gənc futbolçu “Anji” ilə razılığa gəlib. Moskva “Spartak”ının II komandasında çıxış edən 20 yaşlı yarımmüdafiəçinin Mahaçqala klubuna keçidi tezliklə rəsmi şəkildə açıqlanacaq.

 

2014-cü ildən “Spartak”da oynayan Ayaz bu müddət ərzində 17 matça çıxıb.

 

Qeyd edək ki, “Anji”ni erməni məşqçi Aleksandr Qriqoryan çalışdırır.

Xəbər xətti