Kamranla Emin kənarda qaldı

00:58 - 19 Fevral 2017

Portuqaliya çempionatında 22-ci turun oyunları davam edir. 

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvləri Kamran Ağayev və Emin Mahmudovun formasını geydikləri “Boavişta” səfərdə “Feirense”nin qonağı olub.

 

Nə Kamranın, nə də Eminin adı matçın protokoluna daxil edilməyib. Həmyerlilərimizin yoxluğunda “Boavişta” 1:0 hesablı qələbə qazanıb. 

 

Qeyd edık ki, bu qələbə sayəsində xallarını 29-a yüksəldən “Boavişta” turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Xəbər xətti