Emin Mahmudov zədələndi

11:46 - 19 Fevral 2017

Milli komandamızın və "Boavişta"nın yarımmüdafiəçisi Emin Mahmudov bir müddət oynamayacaq.

 

Sportal.az xəbər verir ki, futbolçu məşqlərin birində zədələnib. 24 yaşlı futbolçu zədə səbəbindən 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, Emin MAhmudov Portuqaliya Premyer Liqasında 7 oyun keçirib və 1 qol vurub.

Xəbər xətti