Dəniz Yılmaz "Bursaspor"dan qovuldu

12:02 - 19 Fevral 2017

Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz “Bursaspor”un əsas komandasından qovulub. 

 

Sportal.az xəbər verir ki, Super Liqanın 21-ci turunun “Kayserispor”la səfər görüşünün 19-cu dəqiqəsində rəqibə qarşı kobud oynayaraq birbaşa qırmızı vərəqə alan Dəniz əsas komandadan uzaqlaşdırılıb. Onunla yanaşı, digər hücumçu Sərcan Yıldırım da eyni aqibətlə üzləşib.

 

Klubun saytında futbolçuların əsas komandadan uzaqlaşdırılmasıyla bağlı açıqlama verilib:

 

“Futbolçularımız Sərcan Yıldırımla Dəniz Yılmaz İdarə Heyəti və baş məşqçi Mutlu Topçunun qərarı ilə komandadan uzaqlaşdırılıblar. Hər iki oyunçuya eyni zamanda pul cəriməsi də veriləcək. İndiyə qədər sərgilədikləri oyunla gələcək planlarımızda yer alması qeyri-mümkün görünən bəzi oyunçularımızla bağlı araşdırmalarımız davam edir”.

 

"Kayserispor" - "Bursaspor" görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti