Pirlo "Yuventus"a qayıdır

13:32 - 19 Fevral 2017

Məşhur italiyalı futbolçu Andrea Pirlonun karyerasıını bitirdikdən sonra hansı sahədə çalışacağı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, hazırda ABŞ-ın "Nyu York Siti" klubunda çıxış edən əfsanəvi futbolçu karyerasını başa vurduqdan sonra yenidən sabiq komandası "Yuventus"a qayıdacaq. 37 yaşlı futbolçu "qoca sinyora"nın səfiri təyin olunacaq.

 

Qeyd edək ki, Andrea Pirlonun yaxın zamanlarda karyerasını başa vuracağı gözlənilir.

Xəbər xətti