Maksim Medvedev: "Son nöqtəni qoymaqda nəsə çatmırdı" MÜSAHİBƏ

22:06 - 19 Fevral 2017

Azərbaycan Premyer Liqasının XIX turunda “Qəbələ” öz meydanında “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edib.
 
Sportal.az xəbər verir ki, oyundan sonra “Qarabağ”ın futbolçusu Maksim Medvedev əməkdaşımızın suallarını cavablanıdırb:

 

- Maraqlı oyun oldu. Hər iki komanda qələb üçün oynayırdı. Futbolçular vuruşurdular. Məğlubiyyət olur bəzi oyunlarda, futboldu. İstəməsən də, qaçılmazdı. Bu, bizi sındırmır. Zirvədə qalmaq istəyiriksə, növbəti oyunlarda qalib gəlməliyik.                        

 

- "Qəbələ"nin qələbəsi çempionluq yarışına necə təsir etdi?                        

- İndiyənə qədər hər iki komanda arasında prinsipallıq olub. Ötən il 6 xal geri olsaq da, çempion olduq. Unutmayaq ki, evdə "Qəbələ" ilə oyunumuz var.                        

 

- Düşünmürsən ki, oyunu yüksək səviyyədə oynasaz da, sonda nəsə çatmırdı?
- Mən müdafiədə oynayıram. Arxada olduğum üçün bütün oyunu görə bilirəm. Biz topla daha çox oynadıq, çox hərəkət etdik, ancaq son nöqtədə nəsə çatmırdı. Bəlkə, 20 dəfə cinah asması etdik, ammma qola vura bilmədik.                        

 

- Hava necə təsir etdi oyuna?                        
- Azarkeşlər də super idi. Hava da əla idi. Küləksiz hava idi, bədən qızışandan sonra adam oynamaq istəyirdi.

Xəbər xətti