Əfran İsmayılov: "Qəbələ" layiqli qələbə qazandı"

10:17 - 20 Fevral 2017

“Haqlı qələbə idi. Kor-kor, gör-gör, oynadılar və qələbə qazandılar”.

 

Sportal.az xəbər verir ki, bu sözlər “Qarabağ”ın futbolçusu Əfran İsmayılova məxsusdur.

 

“Qarabağ” Azərbaycan Premyer Liqasının XIX turunda səfərdə “Qəbələ”yə məğlub olub – 2:0.

 

Oyundan sonra açıqlama verən Ağdam klubunun üzvü “Qəbələ”nin layiqli qələbə qazandığını deyib: “Futboldu, belə hallar olur. Artıq bu oyunu unutmaq lazımdır. Xallarımız bərabərləşdi və bundan sonra oyunlarımız var. Qarşıdakı bütün oyunlarımıza qələbə üçün çıxmalıyıq. “Qəbələ” həqiqətən də layiqli qələbə qazandı, təbrik edirəm”.

 

Əfran İsmayılov bildirib ki, “Qəbələ” oyun zamanı yaxşı müdafiə olunub: “Yaxşı müdafiə olunurdular, həqiqətən də çox istəkli idilər, istəkli olduqlarına görə də layiqli qələbə qazandılar”.

 

Millimizin üzvünün fikrincə azarkeş amili “Qarabağ”ın oyununa təsir etməyib: “Deməzdim ki, azarkeş amili təsir etdi. Düzdü, səfərdə oynamaq çətin olur. Anaq oynanılan futbol ortada idi. Kim güclü idisə, qalib də gəldi”.

 

Əfran komadasını çətin qrafik gözlədiyini və buna görə də çempionluq şanslarıl haqda danışmaq istəmədiyini də vurğulayıb: “Bu haqda qarşıdakı turlarda danışmaq olar. Gələn həftə “İnter”lə oyunumuz var, “İnter” də zəif komanda deyil. Ona görə də çempionluq barədə yox, qarşıdakı oyunlar haqda düşünmək lazımdır”.

Xəbər xətti