"Qarabağ"a qarşı oynamayacaq

11:39 - 20 Fevral 2017

Azərbaycan Premyer Liqasının XX turunda səfərdə "Qarabağ"ın qonağı olacaq "İnter" ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, komandanın aparıcı üzvü Slavik Alxasov Ağdam klubuna qarşı oyunda iştirak etməyəcək.

 

Buna futbolçunun cəzalı duruma düşməsi səbəb olub. Mövsümdə 4-cü dəfə xəbərdarlıq alan Alxasov “Zirə” ilə matçdakı cəzanın əziyyətini çəkəcək.

 

Qeyd edək ki, "Qarabağ" - "İnter" oyunu fevralın 28-də keçiriləcək. 

Xəbər xətti