Fatih Terim Azərbaycan millisini seçən futbolçudan əl çəkmir

14:13 - 20 Fevral 2017

Türkiyə millisinin baş məşqçisi Fatih Terim Azərbaycan millisində oynamağa razılıq verən Ozancan Kökcüdən imtina etmək fikrində deyil.

 

Sportal.az xəbər verir ki, təcrübəli çalışdırıcı Kökçünü Türkiyə millisində görmək arzusundadır. 

 

Türkiyə Futbol Federasiyasının  rəsmiləri bu məqsədlə bir neçə gün öncə gənc futbolçunun ailəsi ilə növbəti dəfə əlaqə saxlayıblar. Ancaq Hollanidyanın "Feyenoord" klubunun 19 yaşlılardan ibarət komandasında forma geyinən futbolçunun ailəsi TFF rəsmiləri ilə danışıqlar aparmaqdan imtina ediblər. Onlar bildiriblər ki, Ozancan Azərbaycan millisində oynamağa razılıq verib və qərarından dönmək niyyətində deyil. 

 

Qeyd edək ki, 2016-cı ilin sonlarında AFFA Ozancan Kökcüyə müraciət edərək onu millimizə dəvət etmişdi. Türk əsilli futbolçu bu təklifi qəbul edərək yanvar ayında U-21 millimizin Antalyada keçirilən təlim-məşq toplanışına qatılmışdı.

Xəbər xətti