"Beşiktaş"da ciddi itki

17:10 - 20 Fevral 2017

Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində İsrailin "Hapoel" klubunu qəbul edəcək "Beşiktaş" ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, "qara qartallar" aparıcı futbolçu Rikardo Kuarejmanın xidmətindən məhrum olub. Belə ki, portuqaliyalı futbolçu ölkə çempionatının XXI turunda "Akhisar Bələdiyəspor"la matçda zədələnib.

 

Tibbi müayinədən keçən futbolunun Beer-Şeva təmsilçisinə qarşı oyunda iştirak etməyəcəyi dəqiqləşib. Onun Super Liqanın 22-ci turunda "Qalatasaray"la matça hazır olacağı gözlənilir.

 

Qeyd edək ki, tərəflər arasında İsraildə baş tutan ilk oyunda "Beşiktaş" qələbə qazanmağı (1:3) bacarmışdı.

Xəbər xətti