Byelsanın yeni iş yeri məlum oldu

19:05 - 20 Fevral 2017

Fransanın "Lill" klubunu yeni mövsümdən etibarən Marselo Byelsa çalışdıracaq.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, argentinalı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, yeni klubunda işinin icrasına iyulun 1-i başlayacaq.

 

Qeyd edək ki, mövsümün sonuna kimi "Lill"də Frank Passi baş məşqçilik edəcək.

Xəbər xətti