Dünyanın ən ödənişli futbolçusu Çindən gedir

14:58 - 22 Fevral 2017

Argentina millisinin üzvü Karlos Teves Çinin "Şanxay Şenxua" klubundan ayrıla bilər. 

 

Sportal.az xəbər verir ki, ötən ilin dekabrın ayında sözügedən klubla müqavilə imzalayan 33 yaşlı futbolçu özünü xoşbəxt hiss etmir. Argentinanın "Ole" qəzetinin yaydığı xəbərə  görə, hücumçu yaxın zamanda Çini tərk etməyi planlaşdırır. Onun yenidən ölkəsinin klublarından birinə keçəcəyi iddia edilir. 

 

Tevesin ayrılmasının əsas səbəbi isə Çinə uyğunlaşa bilməməsidir. Təsadüfi deyil ki, forvard hələlik komandanın heyətində rəsmi oyunlarda qol vura bilməyib.

 

Qeyd edək ki, Teves dünyanın ən ödənişli futbolçusudur. O, "Şanxay Şexua"da həftədə 615 min funt sterlinq qazanır. 

Xəbər xətti