"Kəpəz" "Qəbələ" üçün hazırlaşır

16:40 - 22 Fevral 2017

Azərbaycan Premyer Liqasının XX turunda Gəncə şəhər stadionunda “Qəbələ”ni qəbul edəcək “Kəpəz” bu gündən qarşıdakı matçın hazırlıqlarına başlayıb.

 

Sportal.az xəbər verir ki, komanda Bakıda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında məşq edir.  “Sarı-göylər” fevralın 26-na kimi eyni məkanda çalışacaq.

 

Qeyd edək ki, "Kəpəz" - "Qəbələ" matçı fevralın 28-də baş tutacaq. 

Xəbər xətti