"Fənərbaxça" Avroliqa ilə vidalaşdı VİDEO

23:56 - 22 Fevral 2017

Avropa Liqasında 1/16 final mərhələsinin cavab matçları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Fənərbaxça" doğma meydanda "Krasnodar"ı qəbul edib. Qarşılaşma 1 - 1 hesablı bərabərliklə başa çatıb.

 

Bu komandalar arasında keçirilmiş ilk oyunda 1 - 0 hesabı ilə qələbə qazanan Rusiya təmsilçisi 1/8 final mərhələsinə yüksəlib.

 

"Fənərbaxça" - "Krasnodar" 1:1

QOLLAR: Martin Şkrtel, 41 - Fedor Smolov, 7

 

 

Xəbər xətti