"Valensiya" "Real"ı məğlub etdi VİDEO

00:14 - 23 Fevral 2017

İspaniya La Liqasında əvvəlki turdan təxirə salınmış 1 oyun keçirilib. 

 

Sportal.az xəbər verir ki, səfərdə “Valensiya”nın qonağı olan “Real” meydanı məğlub tərk edib. "Yarasalar" Madrid klubunu 2:1 hesabı ilə məğlub edib.


“Valensiya” - “Real” 2:1
Qollar:
Zaza, 4, Orellana, 9 - Ronaldo, 44

 

Qeyd edək ki, “Real” 22 oyundan sonra 52 xalla liderdir. “Kral klubu” 1 oyun az keçirdiyi ən yaxın izləyicisi “Barselona”nı 1 xal qabaqlayır. 

 

“Valensiya” isə xallarının sayını 26-ya çatdırmaqla 14-cü pilləyə yüksəlib. 

 

Xəbər xətti